Yolu keçən 67 yaşlı qadını avtomobil vurub

Yolu keçən 67 yaşlı qadını avtomobil vurub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Məmmədov Zeynal Əhməd oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçən 67 yaşlı Hacıyeva Qənirə İsmayıl qızını vurub. O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, yanvarın 16-da ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə