Paytaxtda piyadanı avtomobil vurub

Bakının Nərimanov rayonunda bir nəfəri avtomobil vurub. SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Belə ki, 1996-ci il təvəllüdlü Miriyev Elmin Elman oğlu prospektdə körpünün üzərində əks tərəfə keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə