ÜST koronavirus xəstələrinin on gün müddətinə təcrid olunmasını təklif edir

ÜST koronavirus xəstələrinin on gün müddətinə təcrid olunmasını təklif edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 simptomu olan insanların on gün müddətinə təcrid edilməsi təklif olunur.

SİA-nın Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ÜST-ün COVID-19 proqramı üzrə aparıcı mütəxəssisi Canet Diaz məlumat verib.

Onun sözlərinə görə, təşkilat bu virusun əlaməti olan şəxslərin on gün, simptom müşahidə edilməyənlərin isə 5 gün təcrid olunmasını məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə