Neftçalada sakini qar suyu ilə dolmuş gölməçədə boğulub.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu gölməçəyə yıxılıb və boğularaq ölüb. İlkin məlumata görə, o, sərxoş olub.
Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB