Qusar sakini hovuzda boğulub

Qusarda bir nəfər hovuza düşərək boğulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə