Oğuz rayonunda yolların buzlu olması səbəbindən idarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
SİA-nın məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB