Qarlı günlərdə Bakıda 50 yol qəzası baş verib - DİN

Qarlı günlərdə Bakıda 50 yol qəzası baş verib - DİN

Bakıda yanvarın 9-da 35, yanvarın 10-da isə 15 yol qəzası baş verib.

Bu barədə SİA-ya Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, qeyd edilən 50 hadisənin heç birində ölüm faktı qeydə alınmayıb, onların hamısı maddi ziyanla yekunlaşıb.

Qeyd edək ki, dünəndən Bakıda qarlı hava şəraiti müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə