Abşeronda avtomobil qadın piyadanı vurub öldürüb. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB