Şəhərlərarası avtobus aşıb

Türkiyənin Diyarbəkir bölgəsində özəl şirkətə məxsus şəhərlərarası avtobus aşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilk təsbitlərə görə avtobusda sürücü ilə birlikdə 29 sərnişin olub. Avtobusda olanlardan biri körpə olmaqla 5 nəfərin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə