Bakıda taxta konstruksiyalı ev yanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində ümumi sahəsi 52 m² olan birmərtəbəli fin tipli taxta konstruksiyalı ev yanıb.
"Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB