Bakıda zəncirvari qəza baş verib

Bakıda zəncirvari qəza baş verib

Bakının Xətai rayonunda zəncirvari qəza baş verib. SİA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

"VAZ-2109", "Mercedes" və "BakuBus” MMC-yə məxsus avtobus zəncirvari şəkildə bir-birinə çırpılıb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə