Beyləqanda birmərtəbəli ev yanıb

Beyləqanda birmərtəbəli ev yanıb

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvar yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə