Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə sükana nəzarəti itirib.
Nəticədə maşın aşıb.
Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.
Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB