Rusiyadakı avtomobil qəzasında 5 nəfər ölüb

Rusiyadakı avtomobil qəzasında 5 nəfər ölüb

Rusiyanın Altay diyarında iki avtomobilin (VAZ-2110 və Lexus RX 300) toqquşması nəticəsində baş verən qəzada ikisi uşaq olmaqla, beş nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya DİN-in regional Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.

"Baş vermiş hadisə nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü və sərnişinləri: 1986-cı il təvəllüdlü qadın və 2009 və 2011-ci il təvəllüdlü iki uşaq təcili yardım gələnə qədər yerindəcə dünyasını dəyişib. İlkin məlumata əsasən, “Lexus” markalı avtomobilin sürücüsü olan kişi xəstəxanada dünyasını dəyişib. “Lexus”un digər iki sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”, - mətbuat xidmətindən bildirilib.

Həmçinin əlavə olunub ki, qəza Barnaul - Rubtsovsk - Qazaxıstan Respublikası ilə sərhəd magistralında baş verib və qəzaya səbəb kimi “VAZ-2110” markalı avtomobilin qarşıdan gələn nəqliyyat vasitələrinin zolağına çıxması göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə