Zaqatalada 20 ton ot bağlaması yandı

Zaqatalada 20 ton ot bağlaması yandı

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zaqatala rayonunun Qımır kəndində ümumi sahəsi 300 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə və içərisinə yığılan 40 ton ot bağlamasının 20 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə