Yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin 102 adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.

Binaya verilən elektirik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə