Hindistanda kimyəvi zavodda partlayış baş verib

Hindistanda kimyəvi zavodda partlayış baş verib

Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda partlayış baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı bir nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə eşidilib, yanğın və tüstü uzaqdan görünüb.

Hazırda fabrikdən 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə