Cəlilabad rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. SİA xəbər verir ki, hadisə nəticəsində rayonun Adnalı kənd sakinləri 1988-ci il təvəllüdlü Z.Qürbətov, 1992-ci il təvəllüdlü C.Salmanlı, 2013-cü il təvəllüdlü G.Salmanlı, 2015-ci il təvəllüdlü R.Hümbətov və 2017-ci il təvəllüdlü Y. Hümbətov dəm qazından zəhərləniblər.
Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardımdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB