Qəzada doqquz nəfər ölüb?

Samara vilayətində yarım saat ərzində baş verən iki qəzada doqquz nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ölənlərdən biri FSB-nin yüksək rütbəli zabiti olub.

Beləliklə hadisə “Mitsubishi ASX” və “Kamaz” krossoveri ilə üzbəüz toqquşması nəticəsində baş verib. Qəza zamanı krossoverdə Trans-Baykal ərazisindən üç nəfərdən ibarət ailə olub: valideynlər və kiçik uşaq.

“KP-Samara”nın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, FSB əməkdaşı qəza nəticəsində hadisə yerində ölüb. Uşaq oturacağında olduğu və bərkidilmiş olduğu üçün sağ qalıb. Hazırda həkimlər ananın həyatı üçün mübarizə aparır.

“Biz hadisə yerinə çatanda kişi praktiki olaraq nəfəs almırdı. Maşını idarə edən qadın huşsuz vəziyyətdə idi. Uşaq dərhal maşından çıxarılıb, hətta biz gələnə qədər o, yol polisinin maşınında olub”, - xilasedicilər bildirib.

Eyni zamanda, KİV-in məlumatına görə, dekabrın 29-na keçən gecə güclü qar fırtınası nəticəsində Samara vilayətinin yollarında ümumilikdə 11 nəfər həlak olub.

Qeyd edək ki, bundan əvvəl Çində duman səbəbindən 200-dən çox avtomobilin qəzaya uğradığı bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə