Ukraynanın paytaxtı Kiyevdə partlayış səsi eşidilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış səsi Ukrayna rəsmiləri Rusiyanın hava hücumu barədə məlumat verərkən eşidilib. Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç Facebook-da verdiyi açıqlamada bir neçə dalğada 100-dən çox raketin gəldiyini və ölkə daxilində hava hücumu xəbərdarlığının eşidildiyini bildirib. Kiyevin meri Kliçko da şəhərdə partlayış olduğunu bildirib. Digər tərəfdən, elektrik xətlərinə dəyən ziyanı minimuma endirmək üçün Odessa və Dnepr bölgələrində elektrik enerjisinin kəsildiyi açıqlanıb.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB