Paytaxtda iki avtomobil toqquşub - xəsarət alan var

Paytaxtda iki avtomobil toqquşub - xəsarət alan var

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Moskva prospektində baş verib.

“Toyota” markalı maşın yol kənarında təmirə dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə