Yekaterinburqda müstəntiqlər üç uşağın ana tərəfindən öldürülməsindən sonra cinayət işi açıblar.
SİA bu barədə rus saytlarından Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbərinin böyük köməkçisi Aleksandr Şulqaya istinadən xəbər verir.
Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən qadını 20 ilədək həbs cəzası gözləyir.
Verilən məlumatlara görə, qadın 15 və 10 yaşlı oğlan və beş aylıq qız uşaqlarını onlara “cin girdiyini” düşündüyü üçün öldürüb.
Qadının dediyinə görə, “uşaqları öldürməliydim, çünki şeytan onların içinə girmişdi. Oğullarım cin, əxlaqsızlıq və qürurdan əziyyət çəkirlər. Qızı isə əsəbi ilan dişləmişdi”- deyə qadın bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB