Avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünən baş verən avtobus qəzasında 4 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əyalətin paytaxtı Viktoriyadan təxminən 260 kilometr aralıda buz bağlayan yolda baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilən 50-dən çox adamdan 4-nün öldüyü, əksəriyyətinin ambulator müalicə aldığı, 8 nəfərin isə müalicə aldığı bildirilib. Onlardan 2-si ağır vəziyyətdədir, hələ də xəstəxanadadır.

Polis rəsmiləri avtobusun magistral yolda aşdığını və qəza ilə bağlı araşdırmanın davam etdiyini, lakin qəzaya yolların həddindən artıq buz bağlamasının səbəb olduğu güman edilir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə