İtaliyanın Milan şəhərində azyaşlıların saxlandığı həbsxanadan 7 nəfər qaçıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bazar günü günorta saat 16:30 radələrində Milanda Çezare Bekkariya həbsxanasından yaşları 17-19 arasında olan 7 məhbus qaçıb. Həbsxananın həyətində davam edən işdən istifadə edən 7 məhbus məftil çəpəri qıraraq həbsxananı əhatə edən divarı aşıb. Qaçanlardan ikisi qısa müddətdə yaxalanıb.
Bu vaxt qaçış cəhdi ilə əlaqədar bəzi məhbusların etiraz əlaməti olaraq bir neçə kameranı yandırdığı, təhlükəsizlik qüvvələri və yanğınsöndürənlərin hadisələrə müdaxilə etdiyi öyrənilib. Mətbuatda Milan Baş Prokurorluğunun qaçmağa cəhdlə bağlı araşdırma apardığı və Milan Qubernatorluğunda baş verənlərlə bağlı iclas keçirəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB