"Azərişıq" əməkdaşlarından ikincisi də ölüb

"Azərişıq" əməkdaşlarından ikincisi də ölüb

On gün əvvəl Ağdaşda elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan "Azərişıq" əməkdaşı vəfat edib. SİA xəbər ki, 1986-cı il təvəllüdlü Elşən Mustafayev bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, təmir işləri aparan zaman elektrik cərəyanı vuran digər "Azərişıq" əməkdaşı 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyev hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə