Bakı-Quba yolunda iki avtoqəza- ölən var

Bakı-Quba yolunda iki avtoqəza- ölən var

Dekabrın 25-də Bakı-Quba yolunda iki yol nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, Bakı-Quba yolunun 72-ci kilometrliyində baş verən hadisə zamanı Quba rayon sakini 1955-ci il təvəllüdlü Şakir Qafarovun idarə etdiyi "Ford" markalı avtomobil beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü ölüb.

Yolun Şabran rayonu ərazisində keçən hissəsində isə minik avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu və 1975-ci il təvəllüdlü Samirə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə