Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var. SİA-nın məlumatına görə, 3 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Quliyeva Fatimə Bəhram qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB