Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Belə ki, 1996-ci il təvəllüdlü Buqumov Teyyub Nizami oğlu tanımadığı şəxslə dava zamanı kürək nahiyyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
DİN-in mətbuat xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyat qrupu tərəfindən araşdırma aparılır, əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB