Bakıda məktəbli vəfat edib

22 dekabr 2022-ci il tarixində saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib. Məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib.

SİA-nın məlumatına görə, məktəbdən bildirilib ki, rəhbərlik tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Ancaq bunlara baxmayaraq, təəssüflər olsun ki, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

285 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi kədərləndiyini bildirir, vəfat edən məktəblinin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə