Ağstafada quldurluq hadisəsi baş verib

Ağstafada quldurluq hadisəsi baş verib

Ağstafada naməlum şəxslər gecə saatlarında Nəriman Nərimanov küçəsi 9 ünvanındakı mənzilə basqın ediblər. Onlar evdə tək olan Sahibə Ələkbərovaya qarşı fiziki zor tətbiq edərək, ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, daha sonra maskalı şəxslər ərazidən uzaqlaşıblar. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda Ağstafa Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə