Əfqanıstanın şimal vilayətlərini paytaxt Kabilə birləşdirən yeganə qapı olan Salanq tunelində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı dünən 31-ə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Taliban müvəqqəti hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Şaraft Zaman mövzu ilə bağlı son məlumatı mətbuatla bölüşüb.
Zaman, indiyə qədər tuneldə baş verən qəzada həyatını itirənlərin sayının 31-ə, yaralıların sayının isə 37-yə yüksəldiyini bildirib. Dağıntılar altında qalan insanların olduğunu qeyd edən Zaman, axtarış-xilasetmə işlərinin davam etdiyini, ölən və yaralananların sayının arta biləcəyini qeyd edib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB