Yük maşını minik maşını ilə toqquşub, 4 nəfər ölüb

Rusiyanın Orenburq vilayətinin Pervomayski rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə mətbuat xidmətindən məlumat verilib.

Qəza Samara - B.Çerniqovka - Qazaxıstan Respublikası yolunun 74-cü km-də baş verib. “İlkin məlumatlara görə, müəyyən edilib ki, təxminən saat 10:30-da (Moskva vaxtı ilə 08:30) minik avtomobili ilə yük maşını toqquşub. Dörd nəfər ölüb, birinin vəziyyəti ağırdır”, - məlumatda deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə