Biləsuvarda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub

Biləsuvar rayonunda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub. SİA xəbər verir ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, "Ford" Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə