42 yaşlı kişi dava zamanı bıçaqlanıb

42 yaşlı kişi dava zamanı bıçaqlanıb

Bakının Nizami rayonunda 42 yaşlı kişi dava zamanı bıçaqlanıb. SİA-nın məlumatına görə, 1980-ci il təvəllüdlü Bayramov Cavid Mansur oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona hər iki qolun çoxsaylı kəsilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə