Bakıda dördmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda dördmərtəbəli yaşayış binasında yanğın olub

Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə