Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə