Bu il Azərbaycanda üç minə yaxın zəlzələ baş verib

Bu il Azərbaycanda üç minə yaxın zəlzələ baş verib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən ilin əvvəlindən indiyədək ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələdir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, RSXM-nin İnformasiya şöbəsindən bildirilib ki, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elmi-Texniki Şuranın iclasında deyib. Onun sözlərinə görə, həmçinin 1391 yeraltı partlayış qeydə alınıb: “Bu il 17 hiss olunan zəlzələ baş verib. Ümumilikdə maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub”.

Bütün xəbərlər Facebook səhifəmizdə