Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda baş verən yanğında 2 nəfərin öldüyü bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda yanğın baş verib. Yanğın 2000 kvadratmetrdən çox ərazini əhatə etdiyindən hadisə yerinə yanğınsöndürənlər göndərilib.
İlkin təsbitlərə görə, yanğının qaz sızmasından baş verdiyi bildirilib. Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada yanğında 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı qeyd edilib. Açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB