Pakistanda hücum nəticəsində 2 nəfər ölüb

Pakistanda hücum nəticəsində 2 nəfər ölüb

Pakistanın Şimali Vəziristan bölgəsində intiharçı hücumu nəticəsində bir əsgər və bir mülki şəxs həlak olub, 9 mülki şəxs isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali Vəziristanın Miran Şah şəhərində intiharçı hücumu həyata keçirilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə