Kəlbəcərdə minaya düşənlərdən biri vəfat edib

Kəlbəcərdə minaya düşənlərdən biri vəfat edib

Xəbər verdiyimiz kimi, dekabrın 14-də axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olmuşdu.

SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daha iki nəfərin xəsarət alması müəyyən edilib. Onlardan biri vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə