Bakı-Quba yolundakı qəzada xəsarət alan müəllimlərin son durumu açıqlanıb
Bakı-Quba yolunda baş verən hadisədə xəsarət almış üç qadının müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. TƏBİB-dən SİA-ya verilən məlumata görə, onların vəziyyəti hazırda orta ağırdır.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan bir kişi Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.
Xatırladaq ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB