Şəmkirdə 31 yaşlı qadın itkin düşüb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini, 1991-ci il təvəllüdlü Aygül Hüseynova sentyabr ayının 23-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
"Aygül Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur, qara, uzun saçları var. Evdən çıxarkən onun əynində qara rəngli kofta, göy rəngli cins şalvar və olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB