34 yaşlı qadın dəm qazından zəhərləndi

34 yaşlı qadın dəm qazından zəhərləndi

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. SİA-nın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Gülüzar Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 34 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə