Ağdaşda qadın dəm qazından zəhərlənib

Ağdaşda qadın dəm qazından zəhərlənib

Ağdaş rayonunda qadın dəm qazından zəhərlənib. SİA xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, rayonun Yuxarı Ləki kənd sakini G.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda o, xəstəxanada müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə