Paytaxtda yeniyetmə bıçaqlanıb

Bakının Nizami rayonunda bir nəfər bıçaqlanıb. SİA xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsi 77 ünvanında qeydə alınıb.

2005-ci il təvəllüdlü Abıyev Elnur Ruslan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı bədənin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə