Vətəndaşlardan pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşlardan pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şirvanda ayrı-ayrı vətəndaşlardan oğurluq etməkdə, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə