Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 3 nəfər xilas edilib. SİA xəbər verir ki, bu barədə Föqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB