31 yaşlı şəxsi avtomobil vurub

Bakının Sabunçu rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

SİA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü Əliyev Ramin Füzuli oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya catdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə