Sabirabdda avtomobilin vurduğu piyada ağır xəsarət alıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Sabirabad şəhərində qeydə alınıb. Taksi kimi fəaliyyət göstərən VAZ markalı avtomobil Sabirabad şəhər sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Aqşin Ağa oğlunun vurub. Ağır travma və sınıq xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına gətirilən xəstə ilkin yardımdan sonra Bakı Travmatologiya Mərkəzinə yola salınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB