Xırdalanda avtomobilə atəş açan şəxslə bağlı cinayət işi başlanılıb

Xırdalanda avtomobilə atəş açan şəxslə bağlı cinayət işi başlanılıb

Xırdalanda avtomobilə atəş açılması ilə bağlı cinayət işi başlanılıb. SİA xəbər verir ki, 1994-cü il təvəllüdlü Osmanlı Səlcuq Tofiq oğlu istintaqa məlum olmayan mənbədən nömrəsi silinmiş, "Makarov" tipli tapança ilə noyabrın 30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Turabov küçəsinin ərazisində Əliyev Səbuhi Camal oğlunun idarə etdiyi "Toyota Prius" markalı, 99-ST-608 dövlət qeydiyyat nişanlı avtomobilə 4 dəfə atəş açıb.

Daha sonra S.Osmanlı saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə